İtkin düşən şəxs meşədə asılmış vəziyyətdə tapıldı

İtkin düşən şəxs meşədə asılmış vəziyyətdə tapıldı
Oğuzda iki həftədən çoxdur itkin düşən şəxsin meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Qoxmaz Qurbanəli oğlu İsmayılovun meyiti yaşadığı kəndin inzibati ərazisində, Qala çayın sahilində meşəlik-kolluq ərazidə atası tərəfindən ağacdan asılı vəziyyətdə aşkar edilib.
Son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkən 24 yaşlı Qorxmaz İsmayılovun intihar etdiyi məlum olub.

Məlumatda bildirilir ki, Qorxmaz İsmayılov martın əvvəllərində naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Qorxmaz İsmayılovun anası itkin düşən oğlunu tapmaq üçün Xəzət TV-də yayımlanan "Səni axtarıram" verilişinə də müraciət edib.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az