Jurnalist alimlər arasında keçirilən müsabiqədə qalib oldu
"Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru,
araşdırmaçı-jurnalist Niyaz Niftiyev Mədəniyyət və Turizm Nazirliyinin
alim və tədqiqatçılar arasında keçirdiyi "Mədəniyyətlərarası dialoq:
siyasi dəyər və sülhün təminatçısı” mövzusunda müsabiqənin qalibi olub.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, müsabiqə "Bakı prosesi" və Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun elmi tədqiqi və təşviqi, habelə
respublikamızın elmi ictimaiyyətinin bu sahəyə diqqətinin artırılması,
mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi
məfhumların ölkəmizdə aparılan elmi araşdırmaların əsas tədqiqat
predmetlərindən birinə çevrilməsi, ekspert rəylərinin toplanması məqsədi
daşıyır.
Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini
Sevda Məmmədəliyeva, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinin
sözçüsü və Aparat rəhbəri Nihal Saad, BMT Sivilizasiyalar Alyansının
7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin müşaviri Jan Kristof iştirak
ediblər.
"Alim və tədqiqatçılar" nominasiyasında birinci yerə
Yusif Ağayev, ikinci yerə Niyaz Niftiyev, üçüncü yerə Əlimusa
İbrahimov, Mehti Mükərrəm isə həvəsləndirici mükafata sahib olub.
"Kollektiv yazılar" nominasiyasında Bakı Slavyan Universitetinin
Azərbaycan multikulturalizmi kafedrası birinci, psixologiya üzrə elmlər
doktoru Ramiz Əliyev və psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlı
ikinci oldular.