Səbuhi Abbasovdan Mənsimova DƏSTƏK ÇAĞIRIŞI: "Zaman bütün daşları yerinə qoyacaq"

Səbuhi Abbasovdan Mənsimova DƏSTƏK ÇAĞIRIŞI:

Tanınmış jurnalist Səbuhi Mübarizoğlu Abbasov Azərbaycanlı milyarder, xeyriyyəçi, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun bu gün İstanbul Məhkəməsinin qərarı ilə həbs edilərək göndərildiyi cəza evindən vəkilləri vasitəsilə mediaya açıqlama ünvanlamasına münasibət bildirərək status paylaşıb. Səbuhi Mübarizoğlu Abbasov şəxsi feysbuk statusunda yazır:

"Mubariz Mansimovun həbsxanadan göndərdiyi müraciətdə içimi dağlayan hissə: "İş adamı olmağımı bir yana qoyun, bir ailənin evinə səhər tezdən basqın edib, 18 yaşlı qızımın yatdığı otağına belə girməyi özlərinə rəva görürlər..."

Tam səmimi deyirəm, bizim xalqa nə erməni lazımdı, nə də başqa bir düşmən. Bu xalq zatən bir-birini didir, bir-birini bitirir. Türkiyə üçün bu addım yalnız və yalnız utancvericidir. Adam illərdir qardaş ölkəyə investisiya qoyur, yüzlərlə insana iş yeri açır, təbliğ edir, siyasi, mənəvi və iqtisadi maraqları qoruyur. Müqabilində Türkiyə belə bir iş adamını adi sifarişlə, hörmətsiz küçə adamı kimi həbs edir. Min dəfə ayıb olsun. Bəzi insanlar, media qurumları ağıllarına, ağızlarına gələni yazırlar, bu həbsi Cənab Prezidentlə əlaqələndirirlər. 

Əvvəla, İlham Əliyev dünya səviyyəli siyasətçidir, elə nə baş verirsə onun adını çəkmək yümşaq desək məntiqsizlikdi. İlham Əliyev bütün dünya azərbaycanlılarının lideridir və əminəm ki, Mənsimova da tək iş adamı kimi deyil, azərbaycanlı kimi dəstək olacaqdır. Ancaq bu sifarişi verənlər ölkə büdcəsini talayanlardır, bu sifarişi verənlər sırf şəxsi maraqlarına görə ölkə başçısının adını belə çirkin niyyətlərdə istifadə edənlərdi, bu sifarişi verənlərin özləri nəinki FETO-çü, yeri gəlsə PKK-çılardan da betərdirlər. Bəli, bəlkə də Mənsimov həbsxanada intihar edəcək, bəlkə də öz qürurundan dolayı canına qəsd edəcək, ancaq insanların yaddaşında O qalacaq, SİZ yox! Səhvi var idisə belə bunu millətimizin adına bu formada etmək lazım deyildi. Mənsimovu şəxsən tanıyırdım, heç bir maddi bağlılığımız olmayıb. Hər zaman onun kimi yüzlərlə həmvətənimizin olmasını arzulamışam. Amma bəzən düşünürəm, birini qoruya bilməyən xalq, yüzünə necə sahib çıxacaq? Darıxmayaq, zaman bütün daşları yerinə qoyacaq... "

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az