"Mado"nun işçisi uşağı vəhşicəsinə döydü
Vətəninfo.az xəbər verir ki, bu gün axşam saatlarında paytaxtın mərkəzində Səməd Vurğun adına Rus Dram Teatrının yaxınlığında yerləşən, "Mado" kafesinin əxidmətçisi, davamlı olaraq qeyd olunan ərazidə imkansızlıqdan dilənçilik edən azyaşlı uşağı vəhişicəsinə döyüb.
Hadisəyə şahid olan əməkdaşımızın verdiyi xəbərə görə, uşaq kafenin ərazisinə girərək oturan müştərilərdən pul istəməyə başlayıb. Kafenin xidmətçisi də onu ərazidən qovsa da ürəyi soymayıb və yaxınlıqdakı qonuşu binanın arkasının keçidində əzişdirməyə başlayıb. Hadisəni görən "Mado"-da əyləşən müştərilər hadisəyə müdaxilə edib. Eyni zamanda saytımızın əməkdaşıda hadisəyə müdaxilə edib.
Bundan sonra ara sakitləşib.
Maraqlısı budur ki, "Mado" və digər məşhur firmaların nizamnamələrində işə götürülən əməkdaşların Psixoloji vəziyyətləri əsas diqqətə alındığı qeyd edilir. Görünür, hər gün işə götürdükləri əməkdaşların Psixoloji vəziyyətini yoxlamayan "Mado" rəhbərliyi bundan sonra da şirkətin nəznindəki digər şöbələrdə də belə hallarla tez-tez qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən şirkət və firmalar işə götürdükləri əməkdaşların sağlamlığının yerində olub-olmadığı ilə bağlı da həmin şəxslərdən tibbi arayış tələb etmələri məcburi şəkildə qeyd edilib.
Vətəninfo.az