Köçəryan Azərbaycana gəldi-Dördgünlük müharibəyə görə

Köçəryan Azərbaycana gəldi-Dördgünlük müharibəyə görə

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
 
Virtualaz.org bildirir ki, Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşən Köçəryan Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində aprelin əvvəlində baş vermiş Dördgünlük müharibə və onun nəticələrini müzakirə edib. 
 
Xatırladaq ki, mayın 3-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə səfər etmiş və separatçıların lideri ilə görüşmüşdü.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az