Keçmiş deputatdan NARKOTİKA etirafi-İstifadə etmişəm...

Keçmiş deputatdan NARKOTİKA etirafi-İstifadə etmişəm...

İqbal Ağazadə:''Narkotikdən istifadə etmişəm''

Layihə barədə: Meydan TV-nin "Meydanda yeddi sual” layihəsi peşəkar, siyasi, ictimai tərəflərini tanıdığımız, bələd olduğumuz insanlara fərqli baxış bucağından baxmaq, onları bir az daha fərqli tanımağa xidmət edir. Meydan TV əməkdaşlarının hazırladığı 7 standart sualı cavablandırarkən, bu insanlar nə qədər səmimi ola biləcəklər, bunun özü də sualdır.
 
Budəfəki qonağımız Ümid Partiyasının sədri İqbal Ağazadədir
 
–          Sizcə, ən böyük xəyanəti kimə etmisiniz?
–          Həyatda ən böyük xəyanəti vicdanıma etmişəm…
–          İndiyə qədər sizi utandırmaqda davam edən işiniz, ya hərəkətiniz hansıdır?
–          Var. Lakin bir şey ki, hələ də məni utandırırsa, sizcə, onu bölüşməliyəmmi?
–          Həyatınızdan silmək istədiyiniz gün?
–          28 fevralı həyatımdan silmək istərdim…
–          İlk siqaretinizi neçə yaşında çəkmisiniz?
–          İlk siqaretimi 4 yaşında çəkmişəm. Evdə işləyən ustaların "Avrora” siqaretini oğurlayırdım
–          Gənclikdə ya sonra narkotiklərdən istifadə etmisiniz?
–          Narkotikdən istifadə etmişəm. Bu, hərbi xidmətdə olarkən təsadüfən baş verib
–          Nə vaxtsa özünüzdən yaşca çox böyük, ya da çox gənc, ya da evli qadına (kişiyə) vurulmusunuz? Sirr deyilsə, sonu necə olub?
–          İnsan yaşadığı surətdə çox vurulur, lakin hər vurulmaq sevgi olmur. Vurulduğum dönəmlər olub, qocalanda sonlarını bir-bir danışacam…
–          Tək qalsanız, özünüzə hansı yeməyi bişirə bilərsiniz?
–          Hər yeməyi bişirə bilirəm, lakin qurman olmadığım üçün pendir-çörək yeməklə də kifayətlənə bilirəm.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az