Keçmiş prezident 4 il öncə Azərbaycana qarşı hərbi təxribata yol verdiklərini etiraf etdi

Keçmiş prezident 4 il öncə Azərbaycana qarşı hərbi təxribata yol verdiklərini etiraf etdi

Serj Sərkisyan: "2016-cı ilin aprelində rəqibin qüvvəsini yoxlamaq istədik, amma alınmadı”

Bu gün Ermənistandakı ordu günündə bu ölkənin keçmiş prezidenti Serj Sərkisyan maraqlı etirafla çıxış edib.

Moderator.az düşmən mediasına istinadən xəbər verir ki, açıqlamasında Ermənistan ordusu ilə bağlı ümidlərini dilə gətirən Sərkisyan, 2016-cı ilin aprelində Ermənistanın Azərbaycana qarşı hərbi təxribata yol verdiyini etiraf edib. Sərkisyan qeyd edib ki, 2016-cı ilin aprelində Ermənistan rəhbərliyi rəqibin  qüvvələrini yoxlamaq, onun gücünü sınağa çəkməy səy etdi. Amma erməni ordusunun bu təcrübəsi alınmadı. Odur ki, indiki şəraitdə bizim vəzifəmiz hazırkı situasiyanı qorumaqdır”.

Məlumat üçünq eyd edək ki, 2016-cı ilin aprelində düşmən hücumunu dfə edərək uğurlu əks-hücum təşkil edən Azərbaycan ordusu, erməni hərbi birləşmələrini darmadağın edərək bir sıra strateji yüksəklikləri işğalçılardan azad edib.

Seymur ƏLİYEV



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az