Kəlbəcərdə əsgərimiz faciəli şəkildə vəfat etdi

Kəlbəcərdə əsgərimiz faciəli şəkildə vəfat etdi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin  hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib.

Bu barədə Miq.Az-a Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir  və qanunvericiliyin  tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaqdır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az