Kəmaləddin Heydərov özünə köməkçi TƏYİN ETDİ

Kəmaləddin Heydərov özünə köməkçi TƏYİN ETDİ

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov özünə yeni köməkçi təyin edib. 

Miq.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə ləğv olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin sabiq rəisi Bağırov Sabir Nadir oğlu nazirin köməkçisi təyin olunub. 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi ləğv edilib. Bu qurumun bazasında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb. Dövlət Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az