Kənan Hacı bu gün xəstəxanaya yerləşdiriləcək

Kənan Hacı bu gün xəstəxanaya yerləşdiriləcək
Son günlər səhhətində yaranan problemlərlə bağlı gündəmə gələn tanınmış yazar Kənan Hacı bu gün xəstəxanaya yerləşdiriləcək.
 Bu barədə Kulisə yazarın özü məlumat verib. O bildirib ki, "Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyadan zəng etmişdilər, məni sabaha (cümə günü - red.) çağırıblar”. K.Hacı əlavə edib ki, ilkin müayinə həyata keçiriləcək, nəticələr bəlli olandan sonra lazım gəlsə xəstəxanaya yerləşdiriləcək. 
 Xatırladaq ki, yazıçı Kənan Hacı uzun illərdir Hepatit C virusundan əziyyət çəkir. Vəziyyətinin getdikcə pisləşdiyini söyləyən yazar əlaqədar təşkilatların ona kömək edəcəyinə, ictimaiyyətin onun sağlamlığına laqeyd qalmayacağına ümid etdiyini bildirir. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az