Kənd təsərrüfatı sahəsi üzrə ixtisaslar 2-3 ildən sonra ən perspektivli ixtisaslar olacaq

Kənd təsərrüfatı sahəsi üzrə ixtisaslar 2-3 ildən sonra ən perspektivli ixtisaslar olacaq
Kənd təsərrüfatı sahəsi üzrə ixtisaslar 2-3 ildən sonra ən perspektivli ixtisaslar olacaq.
Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin laboratoriya bazası yenilənib. Ali məktəbin maddi-texniki bazası, texniki imkanları yenidən qurulur və iki yataqxana tikilir. Həmin yataqxanalardan biri sentyabrda, digəri isə gələn il istifadəyə veriləcək.
H.Əsədov abituriyentlərə müraciətlə deyib: "Bütün bunlar tələbələrin şəraitinin yaxşılaşdırılmasına yönəlib. Ona görə də mən abirutiyentlərə müraciət edərək deyirəm ki, bizim universitetimizə daxil olsunlar və kənd təsərrüfatı sahəsi ixtisaslarına yiyələnsinlər. Bu, ixtisaslar bir neçə ilə ən perspektivli ixtisaslar olacaq. Əmin olun ki, bir neçə ildən sonra baytarlıq, zootexnik və digər ixtisaslar üzrə ali məktəbi bitirən insanlara böyük tələbat yaranacaq. Onların əmək haqları da çox yüksək olacaq. İş yerlərimiz də var. Ona görə də, biz gənclərimizə bu cür şərait yaradırıq ki, onlar bundan faydalana bilsinlər”.
Kənd təsərrüfatı naziri, həmçinin qeyd edib ki, 2-3 ildən sonra bu ixtisaslar üzrə təhsil almaq çətinləşəcək. O, gələcəkdə kənd təsərrüfatı ixtisasları üzrə ali məktəbə giriş ballarının qaldırılacağını da vurğulayıb.
AZƏRTAC


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az