"Kəndlər qaytarılmasa, ordu hərəkətə keçəcək" - Açıqlama

"Azərbaycan üçün əsas həll olunmalı iki məsələ qalıb: kəndlərin geri qaytarılması və Zəngəzur dəhlizi. Məsələnin həllinin iki yolu var. Ya rəsmi İrəvan razılaşır və kəndlər Azərbaycana təhvil verilir, ya da rəsmi İrəvan prosesi uzatmaqla məşğul olur, bəhanələr gətirir, bundan sonra Azərbaycan Ordusu hərəkətə keçir. Paşinyan vaxt qazanmağa çalışacaqsa, Azərbaycanın ilkin olaraq dörd kənd uğrunda hərbi yola əl atmaqdan başqa yolu qalmır”.


Bu fikirləri Bakupost.az -a politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, İrəvan prosesi uzadarsa, hərbi yola əl atılması ehtimalı böyükdür:

"Fikrimcə, bu kəndlərə görə Ermənistanın Azərbaycanla müharibə edəcəyinə inanmıram. Ermənistanın Azərbaycanla müharibə etməyə nə hərbi gücü nə də hünəri var. İkincisi, o kəndlərin Ermənistan üçün elə strateji əhəmiyyəti də yoxdur. Hazırda orada ermənilər yaşamırlar. Ona görə də, zənnimcə, Ermənistan danışıqlar yolu ilə kəndləri qaytaracaq. İrəvanın ağlı və məntiqi olsa, o kəndləri sakitliklə təhvil verər”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az