Kəngərliyə şəhər statusu veriləcək-5 il sonra
Vətəninfo.az xəbər verir ki, artıq 11 ildir Naxçıvan Muxtar Respublikasında yaradılan Kəngərli rayonu ölkə prezidenti İlham Əliyevin inzaladığı " Regonların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı"na uyğun olaraq Muxtar Respublika rəhbərliyinin diqqəti və qayğısı sahəsində uğurla inkişaf sətti tutmaqdadır. Artıq 11 ildən artıqdır yaranan Kəngərli rayonunda bütün müvafiq dövlət orqanları yeni binalarla təmin olunmaqla yanaşı,eyni zamanda rayonda özəl sektorun inkişafı istiqamətində də ardıcıl addımlar atılmaqdadır. Elə son bir ay içəriisndə Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Kəngərli rayonunda özəl sektor tərəfindən inşaa edilən bir neçə obyek istifadəyə verilib. Rayonun yol abadlıq prosesi yenilənməklə yanaşı,eyni zamanda bu ilin sonu. 2016-cı ilin ilk yarısında rayonun Qıvraq qəsəbəsindən Şaxtaxtı kəndinə yeni maistral yolun çəkilişi həyata keçirilməsi gözlənilir.Bundan başqa Kəngərli rayonunun əhaliisnin içməli su ilə təminatı istiqamətində də addımlar atılır. Əhalinin içməli suya olan təlabatını qarşılamaq məqsədi ilə vətəndaşların həyətlərinə içməlu suyun çəkilişi prosesi də qarşıdakı müddətdə sürətləndiriləcəyi gözlənilir.
Əldə etdiyimiz məlumata görə, Naxçıvan MR-nın "Sosial iqtisadi İnkişafı" proqramının tərkib hissəsi olaraq 2020-ci ilə kimi Kəngərli rayonunda bir sıra yeni addımlar atılacaq ki, bura otel inşaası və müxtəlif sahələr daxildir. Belə bir addım isə Kəngərlinin 2020-ci ilə kimi şəhər statusuna qovuşmasına hesablanıb.
Vətəninfo.az