Kəramət Böyükçöl AYB-dən çıxarıldı

Kəramət Böyükçöl AYB-dən çıxarıldı

Azərbaycan Yazıçılar Birliyi (AYB) Katibliyinin növbəti toplantısı keçirilib.

Bu barədə Vizual.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, toplantıda gənc yazıçı Kəramət Böyükçölün AYB üzvlüyündən xaric edilməsi ilə bağlı qərar qəbul edilib.

Qərarda deyilir:

"Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəramət Qəşəm oğlu Nəcəfov (Böyükçöl) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz yazılarında və müsahibələrində ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibətini, çağdaş yazıçılarımıza atmacalarını, öz yaşıdı yazarlara qarşı aşağılayıcı fikirlərini davam etdirdiyinə görə AYB Nizamnaməsinin 6-cı maddəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən kənarlaşdırılsın”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az