Kəşfiyyat rəhbərindən şok iddia – “Putin martın 4-də...”

Kəşfiyyat rəhbərindən şok iddia – “Putin martın 4-də...”

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya ilə bağlı kritik açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinin martın 4-də ölkədə hərbi vəziyyət elan edəcəyini iddia edib.

"Rusiyada martın 4-dən etibarən hərbi vəziyyət elan ediləcəyini göstərən kəşfiyyat məlumatları var. Rusiyada baş verəcəkləri gördükləri üçün buna reaksiya verəcəklər”, - Danilov qeyd edib.

Kəşfiyyat rəhbəri Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə kütləvi etirazların başlaya biləcəyini dilə gətirib.

Danilov Putinin Ukrayna hücumlarını anlaya bilmədiyini söyləyib:

"Dinc şəhərlərimizi bombalayır, Xarkovu bombalayır, tarixi şəhərləri bombalayır, uşaqları öldürür. Bütün bunları niyə etdiyini anlamıram”.

Xarici işlər naziri Sergey Lavrovun Rusiyanın əsas məqsədinin ölkəni millətçilərdən təmizləmək olduğu ilə bağlı açıqlamalarına cavab verən Danilov deyib: "O zaman deməliyəm ki, ölkədə yaşayan vətəndaşlarımızın 95 faizini öldürməlidirlər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az