Kirill Formançük belə bir provokasiya xarakterli videoyazıları ilə məlumdur.
Dəfələrlə O, vilayət və şəhər administrasiyasının əməkdaşlarına, nazirlərə və hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı belə bir hərəkətlərə yol verərək, onların avtomobillərini video çəkilişlərini öz bloqunda müzakirə etmişdir. “Veteninfo.az”ın məlumatına görə, Hətta onun dəfələrlə bu zəmində hüquq mühafizə orqanlarının əməkdaşları, xüsusən də yol polisləri ilə konfliktləri olmuşdur və K.Formançuk bu sahədə məşhurlaşmışdır. Eyni zamanda onun avtomobilinin ötən həftə tündləşdirilmiş şüşələrə görə cərimə meydançasına yerləşdirildiyi məlum olmuşdur. K.Formançuku maliyyələşdirən Korobeynikov soyadlı 555 dövlət nömrə nişanlı bahalı Mersedes markalı maşının da eyni ilə tündləşdirilmiş şüşələrlə idarə edildiyi məlum olmuşdur. Həmçinin K.Formançukun məlum Saqra hadisələrində millətlər arası ədavəti qızışdırmaq və hadisələri milli zəmində münaqişə kimi təhrif edərək təqdim etməklə məşhur olan “Narkotiksiz şəhər” fondu və fondun rəhbəri məlum Yevgeniy Royzman ilə dostluq etməsi məlum olmuşdur. - bunlar hamısı birinci ssılkada komentlərdə var.
K.Formançuk internet səhifəsində yerləşdirdiyi videoyazının əsaslı və peşəkarcasına təhrif edilərək və müxtəlif provokasiya xarakterli yazılar əlavə etmişdir. Videoyazının təhlili, hadisənin əvvəlcədən qurulmuş provokasiya olduğunu göstərir. Çəkilişin əvvəlcədən müxtəlif vasitələr ilə aparılması, çəkiliş zamanı qeydə alınmayan lakin yazılı şərh edilən qırmızı işığa keçmə, birtərəfli yol ilə hərəkatın əks istiqamətində hərəkət etmə və xüsusən K.Formançukun evinə gələn polis nəfərlərinin bilərəkdən “azərbaycanlı banditləri” kimi qələmə verilməsi buna bir başa dəlalət edən amillərdi. Həmçinin hərəkat zamanı K.Formançuk bir neçə dəfə özü yol hərəkat qaydalarını kobud halda pozmuşdur: dönmə əməliyyatı zamanı bir zolaqdan o biri zolağa keçmiş, piyadanı buraxmayaraq ona səsli siqnal vermişdir, eyni zamanda çəkiliş gedişatında yandan ötən bir neçə bahalı və tündləşdirilmiş şüşəli avtomobillər K.Formançukun diqqətini cəlb etməmişlər. Baş vermiş hadisənin ermənilər tərəfindən təşkil olunması da istisna edilmir
RF XİN Yekaterinburq şəhərindəki nümayəndəliyi rəsmi qaydada Baş konsulluğun əməkdaşının hərəkətlərinin əsaslı olduğunu, diplomatik avtomobilin arxasınca naməlum və şübhə doğuran video müşahidənin aparıldığının, diplomatik nümayəndəliyin əməkdaşı tərəfindən haqlı olaraq provokasiya və təhlükə kimi qəbul olunduğunu və bununla əlaqədar DİN və FTX-ya məsələnin araşdırılacağını bildirmişdir.
http://ura.ru/content/svrd/15-05-2012/news/1052142749.html