Kiyevdən çəkilən rusların şok planı – İlk hücum Qara dənizdən edildi

Kiyevdən çəkilən rusların şok planı – İlk hücum Qara dənizdən edildi

Hazırkı mərhələdə Ukraynanın Kiyev vilayəti ətrafında yerləşdirilən Rusiya qüvvələrinin üçdə ikisi Belarusa çəkilərək orada toplaşıb.

Miq.Az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən yerli mediaya verilən açıqlamada bildirilib.

Məlumatda qeyd edilib ki, qalan üçdə bir qüvvənin geri çəkilib-çəkilməyəcəyi məlum deyil. Amma sözügedən qüvvələrin şimala – Rusiyaya doğru hərəkət etdiyi deyilib.

Pentaqonun məlumatında Rusiya qüvvələrinin geri çəkilməsinin yenidən qruplaşmaq və Ukraynanın digər bölgələrinə girmək üçün manevr olduğu ehtimalı da vurğulanıb:

"Bu mövzuda ən böyük ehtimal bu qüvvələrin Şərq bölgələrinə - Donbasa göndəriləcəyi ilə bağlıdır. Amma hələlik bu yöndə də səfərbərlik görünmür”.

Məlumatda rus ordusunun Qara dənizdən Odessadakı neft obyektlərinə raket hücumlarının olduğuna da diqqət çəkilib:

"Rusiyanın bu hücumunun səbəbini dəqiq bilmirik. Bu, Odessaya doğru irəliləməyə hazırlıq ola bilər. Eyni zamanda mümkündür ki, bu, ukraynalılara təzyiqdir, onlarda böyük bir əməliyyatın başlayacağı ehtimalını yaratmaq istəyirlər”.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az