Kiyevin meri: “Zelenski məni vətəndaşlıqdan məhrum etməklə hədələyir”

Kiyevin meri: “Zelenski məni vətəndaşlıqdan məhrum etməklə hədələyir”

Kiyevin meri Vitali Kliçko Ukrayna Prezidentinin ofisindən vətəndaşlıqdan məhrum edilməklə hədələndiyini bildirib.

Publika.az xəbər verir ki, buna səbəb Dnepropetrovsk vilayətinin ərazi müdafiə qərargahının rəhbəri Gennadi Korbana vətəndaşlığın qaytarılması xahişi ilə Prezident Vladimir Zelenskiyə ünvanlanmış açıq məktub olub. Bu məktubu imzalayanlardan biri də cənab Kliçko idi.

Ukraynanın "Babel” qəzetinə müsahibəsində Kiyev meri bildirib ki, ölkə hakimiyyəti onun Almaniya vətəndaşlığına malik olduğunu hesab edir. O özü isə bunu inkar edir. "Mən məktubu imzaladıqdan sonra eyhamla söhbətim oldu: "Sən çox aktivsən, biz hələ sənin Almaniya vətəndaşlığını almamışıq”. Mən deyirəm: "Mənə alman pasportumu göstərib götürsələr, çox təəccüblənəcəm”, – deyə V.Kliçko bildirib. O, söhbətin kiminlə aparıldığını dəqiqləşdirməyib.

Vitali Kliçko etiraf edib ki, ömrünün çox hissəsini Almaniya və ABŞ-da keçirib və bu ölkələrin vətəndaşlığını almaq imkanı olub. "Hətta belə təkliflər də olub, bəs niyə? Mən Ukrayna vətəndaşı olmuşam və qalıram, mənim başqa pasportlarım yoxdur”, – Kiyev meri bildirib.

"Ukrainskoy Pravda”nın mənbələri iyul ayında yazmışdı ki, Vladimir Zelenski bir neçə nüfuzlu siyasətçi və sahibkarın vətəndaşlığını ləğv etməyi düşünür. Gennadi Korbandan başqa, söhbət iş adamı İqor Kolomoyski və rusiyayönlü "Müxalifət platforması – Həyat üçün” partiyasının həmsədri Vadim Rabinoviçdən gedir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az