Klinton vitse-prezident postuna namizədinin adını açıqlayıb

Klinton vitse-prezident postuna namizədinin adını açıqlayıb
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton NATO qüvvələrinin Avropadakı qüvvələrinin sabiq komandanı admiral Ceyms Stavridisi  vitse-prezident postuna namizəd qismində gördüyünü açıqlayıb.  
 
APA-nın "Röyters”ə istinadən verdiyi xəbərə görə,  61 yaşlı Ceyms Stavridis hazırda Massaçusets ştatındakı Tafts Universiteti yanında Fletçer Diplomatiya və Hüquq Məktəbinin dekanı vəzifəsində çalışır. O, Klinton ABŞ-ın dövlət katibi vəzifəsində çalışdığı dövrdə (2009-2013-cü illər) NATO qüvvələrinin Avropadakı qüvvələrinin  komandanı olub.
 
ABŞ vitse-prezidentliyinə Demokratlar Partiyasından namizədin adı yaxın günlərdə rəsmi elan olunacağı gözlənilir.  

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az