“Knopka” basanlardan xalqa nə xeyir olacaq...?! - Şeyx Əbdüldən sərt sözlər

“Knopka” basanlardan xalqa nə xeyir olacaq...?! - Şeyx Əbdüldən sərt sözlər
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər. Onların arasında Əməkdar artist Elza Seyidcahan da var.



Sənət adamlarının namizədliyi ilə bağlı Bakupost.az –a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov danışıb.

Onun sözlərinə görə, hər kəs öz işi ilə məşğul olmalıdır:

"Ulu Öndər Heydər Əliyevin zamanında onun həm vəkili, həm də təşəbbüs qrupunun üzvü olmuşam. Əlimi "Qurani-Kərimə" basıb deyirəm ki, şəxsən mənə 2-3 dəfə vəzifə təklif etdilər. Hətta çox yüksək vəzifəli biri məni çağırıb dedi ki, sənin başın xarabdır?! Get, otur yüksək bir vəzifədə, parlamentdə... Dedim, yox. Ancaq xalq, vətən, dövlət haqqında düşünürdüm. İqtisadiyyatı, siyasəti, qanunu bilmirəm, gedib parlamentdə nə edəcəkdim? Mən kino, sənət adamıyam”.

Xalq artisti bildirib ki, bu gün parlamentdə, dövlət strukturlarında öz yerində olmayan adamlar çoxdur:

"Bunlar niyə oraya maraq göstərirlər? Çünki oradan dolanışıq mənbəyi kimi sui-istifadə edəcəklər. Bu gün bizim təfəkkürümüzdə belə yanaşma var. Ya dövlət vəzifəsində olmalısan, ya da əlin parlamentdə, kiminsə ətəyində olmalıdır. Sən parlamentdə nə edəcəksən? Siyasəti, iqtisadiyyatı, beynəlxalq hüququ bilməlisən ki, ermənilərə qarşı mübarizə aparasan. Parlamentdə "knopka” basanlardan xalqa nə xeyir olacaq ki?! Gedib, hər kəs peşəsi ilə məşğul olsun. Kənar adamların maddi marağını başa düşürəm. Amma müqəddəs 3 dəyər var. Xalq, vətən, və müstəqil dövlətimiz. Ermənilərə bir adam çıxıb cavab vermir. Bizim tariximizi, mahnılarımızı oğurlayırlar. Heç kim, nə akademiyamız, nə tarixçilərimiz, nə folklor işçiləri, nə blogerlər danışmır. Bunlar artıq tariximizi, mənəviyyatımızı işğal edirlər”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az