Komitə sədri dəfn pulu ilə bağlı nazirə müraciət etdi

Komitə sədri dəfn pulu ilə bağlı nazirə müraciət etdi


"Bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətləri verilsin”.

Gununsesi.info xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Deputat qeyd edib ki, Azərbaycan dövləti vətəndaş doğulandan dünyasını dəyişənə qədər onu himayə edir, qayğı göstərir: "Pensiya, sosial müavinət, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Hörmətli Sahil müəllim, kiçik bir kateqoriya var ki, təxminən 10-12 milyon vəsait lazımdır.

İşləməyən və ya sığorta məbləği az olan vətəndaşlarımızın dəfn müavinəti məsələsini gündəmdə saxlasanız, yaxşı olardı. Komitə adından aidiyyəti üzrə məktublar göndəriləcək”.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az