Korona türmələrə yayıldı: azərbaycanlı fəallar təhlükədə
Güney Azərbaycanın Ərdəbil şəhərindəki həbsxanada koronavirus infeksiyasının yayılması sürətlənib.
Axar.az xəbər verir ki, bu barədə güneyli fəallar məlumat yayıblar.
Onlar bildiriblər ki, cəzaçəkmə məntəqəsinin 1-ci və 6-cı korpuslarında saxlanılan 8 məhbus koronavirus infeksiyası əlamətləri ilə həbsxananın səhiyyə mərkəzinə aparılıb. Onlardan ikisinin vəziyyəti ağır olsa da, zindan məsulları xəstələri xəstəxanaya göndərməyə icazə verməyib. Həmin məhkumlar ağrıkəsicilər verildikdən sonra yenidən korpusa köçürülüblər.
Fəallar koronavirusun həbsxanalarda yayılması səbəbindən İran rejimini məhbusları müvəqqəti sərbəst buraxmağa çağırıb. Buna baxmayaraq, Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Məhəmməd Əbdülməhəmmədzadə kimi nüfuzlu fəallar hələ də həbsdədirlər.
Miq.Az