Koronavirusa qalib gələn həkimdən tövsiyə: "Bu bitkini mütləq qəbul edin"

Koronavirusa qalib gələn həkimdən tövsiyə:

Türkiyədə koronavirusa qalib gələn Daxili Xəstəliklər Mütəxəssisi Dr. Murat Hakan Tərəkəçi  müalicə müddətində müvəffəqiyyətə nail olmaq üçün zərdəçal(sarıkök) və vitamin qəbuluna diqqət çəkib. 

Müalicə müddəti ilə bağlı açıqlama verən türkiyəli həkim həm virsa yoluxmamaq üçün, həm də müalicə müddətini daha uğurla keçirmək üçün zərdəçal qəbul etməyi tövsiyə edib.

Moderator.az xəbər verir ki, sözügedən həkim mart ayında koronavirus testinin götürüldüyünü, test nəticəsi çıxmadan ağciyər rentgeni olduğunu və rentgendə koronavirus əlamətləri olduğu üçün testin nəticəsini gözləmədən xəstəxanaya müraciət etdiyini bildirib.

İlk andan etibarən Səhiyyə Nazirliyinin tövsiyə etdiyi müalicə üsullarının tətbiq edildiyini dilə gətirən Tərəkəçi, hər gün yüksək dozada C vitamini qəbul etdiyini də söyləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az