Kosovo komandası Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tam üzvü olduqdan sonra 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarında mübarizə aparacaq.
Vətəninfo.az-ın məlumatına görə, çərşənbə axşamı Monte Karloda keçirilmiş BOK iclasında Kosova, 205-ci milli Olimpiya komitəsi kimi təsdiqlənib.
Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan etsə də, Serbiya hələ də Kosovonu dövlət kimi tanımır.
Serbiya Olimpiya komitəsi Kosovonun oktyabr ayında Beynəlxalq Olimpiya Komitəsində müvəqqəti tanınmasına da etiraz etmişdi.
Kosovo BMT üzvü olan 193 dövlətdən 108-i tərəfindən ölkə kimi tanınır və altı Olimpiya idmanı federasiyasının tam üzvüdür.
BOK Kosovo məsələsini beş il bundan əvvəl nəzərdən keçirməyə başlayıb, lakin komandanın 2012-ci il Londonda keçirilmiş Olimpiya Oyunlarında iştirak üçün sorğusu rədd edilmişdi.
"Kosovonu və bütün idmançıları təbrik edirəm. Bayrağımız Rioda keçiriləcək Olimpiya Oyunlarında dalğalanacaq və onu Majlinda (Kosovalı xanım cüdoçu) daşıyacaq "- deyə baş nazir Haşim Thaci qərarla bağlı fikrini bildirərkən deyib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib