Kosovoda gərginlik artmaqdadır
Kosovoda vəziyyət gərginləşməkdə davam edir. Kosovonun şimal rayonlarının serbəhalisi həyacan siqnalının səsinəİbar çayının üzərindəki körpünün özlərinə aid olan hissəsinə axışmış, bu əraziniPriştina ilə birləşdirən əsas yolları bağlamış və barrikadalar qurmağa başlamışlar. Fəallar vilayətin mərkəzinə aparan bir çox yolları yük avtomobilləri ilə kəsmişlər. Məktəblər bağlanmış, şagirdləri evə buraxmışlar. Hələ ki, güllə səsləri eşidilmir.
"Serb siyahısı” partiyası hökumətin tərkibindən çıxmış, qondarma respublikada koalisiya hökuməti dağılmışdır.Narazılıqlara və qalmaqala səbəb isə əhalisi serblərdən ibarət olan Kosovo Mitroviçası ankılavında xüsusi əməliyyatın həyata keçirilməsi olmuşdur.
"Euronews” telekanalının internet portalı xəbər verir ki, bazar ertəsi xüsusi təyinatlı polislər səsli bombalardan və gözyaşardıcı qazdan istifadə etməklə, Avropa Birliyinin himayəsi altında Belqrad və Priştina arasında danışıqlar aparan əsas şəxsi- Kosovo və Metoxiyanın işləri üzrə (nazir) Serbiya dəftərxanasının başçısıMarko Curiçi həbs etmişlər. Kosovo serbləri ilə görüş zamanı Curiçi zorla zaldan çıxararaq Priştinaya aparmış və onu əli qandallı Kosovo albanlarının qışqırıqları altındaəvvəlcə polis məntəqəsinə aparmış, sonra isə Serbiyaya yola salmışlar.
Priştinada bəyan etmişlər ki, Curiç Kosovo Mitroviçaya qeyri-leqal şəkildə, icazəsiz gəlmişdir.Curiç müstəqilliyini tanımadığı " Kosovo haqqında təhqiramiz”ifadələr işlətdiyinə görə onun ölkəyə girişinə qadağa qoyulmuşdur.
Kosovo polisinin rəsmi nümayəndəsi Baki Kelani demişdir: "Biz cənab Curiçin Kosovoda olduğunu və bəzi rayonların sakinləri ilə görüşmək istədiyini eşitdik. Yığıncaq keçirilən yerə yollandıq və burada girişdəcə ciddi müqavimətlə qarşılaşdıq. Buna baxmayaraq, polis Kosovo hökumətinin tapşırığını yerinə yetirdi və Curiçi həbs etdi”.
Belqradın " Kosovo serblərini qorxutmaq” kimi qəbul etdiyi bu hadisə gərginliyin yeni dalğasının baş qaldıracağından xəbər verir. Serbiya Prezidenti Aleksandr Vuçiç məmurun həbsini "kobud təxribat”, polisləri isə "quldur” və "terrorçu” adlandırmışdır. O, bəyan etmişdir ki, silahsız serbləri avtomat qundaqları ilə döymüşlər, bir neçə insan ciddi xəsarət almışdır. "Onlar Marko Curiçi həbs etmişlər. Nə üçün? Yəqin ona görə ki, o, Qərb ölkələrinin əksəriyyətinin Kosovonun müstəqillini tanımaq qərarı ilə razı deyil”, - deyə Vuçiç bildirmişdir. Serbiya prezidenti xatırlatmışdır ki, Belqrad və Priştina arasındakı razılaşmaya əsasən Kosovo polis bölmələri serblərin kompakt yaşadığı anklavın şimal rayonlarında fəaliyyət göstərə bilməzlər.
Vilayətin qəzəblənmiş serbləribu hadisələrin fonunda təkcə Belqraddan deyil, həm də Moskvadan bura qoşun yeridilməsini tələb edirlər. Faktiki olaraq hadisələr Kosovo uğrunda yeni müharibəyə yol aça bilər. Belə təsəvvür yaranır ki, Belqrad artıq buna hazırdır.
Serbiya birtərəfli qaydada müstəqilliyini bəyan etmiş muxtar vilayətinsuverenliyini tanımaq istəmir. Lakin Brüsselin təzyiqləri altında Priştina hakimiyyəti ilə münasibətlərinin normallaşdırılmasına çalışır ki, Avropa Birliyinə daxil olmasını sürətləndirsin.
2013-cü ildə Belqrad və Priştina arasında imzalanmış Brüssel sazişinə əsasən, alban hakimiyyəti bir il müddətində serbiya bələdiyyələri assosaisiyasını formalaşdırmalı və bununla da vilayətin şimalında de-fakto serb muxtariyyəti yaratmalı idi. Amma indiyə kimi bunların heç biri həyata keçirilməmişdir. Yerli siyasi "Serb siyahısı” partiyasıbu prosesin sürətləndirilməsini tələb edir və Belqradı bu məsələyə müdaxilə etməyə çağırır. Belqrad məlum səbəblərdən ehtiyatlanaraq kompromisə çağırışları Kosovo serbləri arasında kəskin neqativ reaksiya doğurur və Serbiya hökumətinin ünvanına səslənən aqressiv ritorika daha da güclənir.Əslində, Curiçin rəhbərlik etdiyi nüfuzlu nümayəndə heyəti Mitroviçadakı xüsusi dəyirmi masada hökumətin mövqeyini açıqlamalı və serbləri "kompromisaxtarmağa” razılaşdırmalı idi.
Albanlar əvvəlcə serb məmurlarının Mitroviçə gəlməyinin qəti əleyhinə çıxış edirdilər. Serbiya ilə Kosovo arasında administrativ sərhədin hüquqi statusu müəyyənləşmədiyindən, hər iki tərəf bunu özünəməxsus formada əsaslandırır. Priştinada belə hesab edirlər ki, müvəqqəti də olsa, bu dövlət sərhəddidir və onlar necə istəsələr elə də hərəkət edə bilərlər. Ona görə də təkcə Curiçin deyil, həm də bir çox başqa məmurların - Serbiya Prezident Administrasiyasının rəhbəri Nikole Seakoviçə, müdafiə naziri Aleksandr Vulinə, mədəniyyət naziri Vladanu Vukosavleviçə Kosovoya girişiqadağan etmişlər.
Aİ öz tərəfindən xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəliyin mətbuat katibi Maya Koçinyançiç vasitəsilə hər iki tərəfə xəbərdarlıq etmişdir ki, onlar rəsmi şəxslərin səfərləri haqqında qüvvədə olan sazişə əməl etməlidirlər.
Curiç və Selakoviç dörd saat alban sərhədçiləri ilə çənə-boğaz olandan sonra özlərini dəyirmi masaya çatdıra bilmişlər. Tribunaya qalxan Curiç demişdir: "Mən istərdim buradan, Kosovo Mitroviçasından bəyan edim ki, Kosovonun Şimalı və Metoxiya heç vaxt qondarma müstəqil Kosovonun, həmçinin qondarma müstəqil Böyük Albaniyanın bir hissəsi olmamış və olmayacaqdır. Bu, yalnız bu ərazilərdə münaqişə yaratmağa çalışanların layihələridir. Biz bu gün, hər şeydən əvvəl, ona görə bura gəlmişik ki, Serbiya sizin Kosovo və Metoxiya haqqında nə demək istədiyinizi eşitsin. İndiyə qədər necə olmuşdursa,bundan sonra da bütün Serbiya sizinlədir”.
Bu sözlərdən ruhlanan yerli "Serb siyahısı” siyasi partiyasının lideri, Mitroviçanın meri vəzifəsinin icraçısı Qoran Rakiç, toplantı iştirakçılarına müraciət edərək, əgər Priştina üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmirsə,"Serb bələdiyyələri birliyini müstəqil formalaşdırmağa” çağırmışdır.Hər şey bundan sonra başlamışvə Kosovo plisinin xüsusi təyinatlıları zala hücum etmişlər.
Baş vermiş qalmaqaldan sonra qondarma Kosovonun lideri Haşimi Taçi öz polisini "peşəkarlıq” nümayiş etdirdiyi üçün alqışlayaraq demişdir: "Bu hadisə Kosovo ilə Serbiya arasındakı kommunikasiyaya, ölkələr arasında dialoqa və vəziyyətin normallaşdırılmasına mane olmamalıdır”
Serbiya Prezidenti Aleksandr Vuçiç isə təcili Milli Təhlükəsizlik Şurasının iclasını çağırmışdır. JurnalistlərPrezidentin məşvərətdən çox qəzəbli çıxdığını müşahidə etmişlər. Vuçiç Kosovo hakimiyyətinə üz tutaraq demişdir: "Siz nədən serblərə həqarət edirsiniz, niyə onlara əzab verirsiniz?
Juranlistlər, Belqradın alban tərəfinin komromisə hazır olduğuna ümid edə bilərlərmi, sualına Vuçiç belə cavab vermişdir: "Əlbəttə, yox!Onlar həmişə yalan danışmışlar, heç zaman heç bir kompromissə hazır olmamışlar. Onlar həmişə gözləmişlər ki, biz nə vaxt ağır vəziyyətə düşüb Kosovonun müstəqilliyini tanıyacağıq. Bu ağılsızbir işdir”.
Serb məmurunun həbsini ittiham edən və baş vermiş hadisənin regionun sabitliyini təhlükə altında qoyduğunu bildirən ABŞ Dövlət departamenti də münqişə tərəflərinə müraciət edərək, "gərginliyin budan sonra daha da dərinləşdirilməsindən yayınmağa, mübahisələri sülh yolu ilə həll etməyə” çağırmışdır. Curiçin həbsini Avropa İttifaqı da ittiham edərək, tərəfləri bu hadisələrə görə dialoqu kəsməməyə çağırmışdır. Ancaq Belqradın səbri tükənmək üzrədir. Nəzəri cəhətdən Mitroviçaya və vilayətin şimalındakı kəndlərə serb xüsusi təyinatlılarının yeridilməsinə heç nəmane ola bilməz. Əlbəttə, bu hadisələrin inkişafının radikal variantıdır, əgər bir neçə belə hadisə baş verərsə, o zaman bunun baş verəcəyinə şübhə qalmır.
Qərbin mətbuat orqanları yazır ki, hazırda serblər yük maşınları ilə "Zveçani” nəzarət buraxılış məntəqəsinin qarşısındakı yolu kəsmişlər. Bu da alban tərəfini çox pis qıcıqlandırır.Çünki bu, alban polisinin qorumalı olduğu strateji bir yoldur. Bu məqsədlə, ola bilsin Xotinin sorğusu ilə, Kosovodan və Priştinadan Poleyə 200 polis göndərilmişdir. Alban mətbuatı bildirir ki, bütövlükdə vəziyyət Mitroviçada "normaldır”. Ancaq şəhərin serb tərəfində və Lesopaviçdə işləyən albanlar yolların kəsilməsinə istinad edərək, işə çıxmamağı qərara almışlar.
Alban xüsusi təyinatlılarının Mitroviçaya reydi çox təhlükəli siqnaldır. Serb əhalisinə əyani şəkildə nümayiş etdirilir ki, onları heç kim müdafiə etmir, beynəlxalqtəşkilatlar və onların"kompromisə” çağırışı heç bir nəticə vermir. Albanlar son vaxtlar vilayətdən Avropanın nəzarət strukturlarını qovmaq istiqamətində də kampaniyaya başlamışlar. Belə bir şəraitdə serb əhalisi radikallaşır.
Yerli siyasətçilərin çıxışlarında Belqradın başı üstündən Rusiyaya ünvanlanan "xilas et və qoru” çağırışları daha da artmağa başlamışdır. Yeri gəlmişkən, Aİ bütün günahları Belqradın üstünə yıxsa da, Rusiya XİN-i Curiçin həbsinə çox kəskin reaksiya vermişdir. Bu isə kəskin mövqe nümayiş etdirməyə borclu olan Serbiya hakimiyyətini narahat etməyə bilməz. Bir sözlə, vəziyyət hər dəqiqə nəzarətdən çıxa bilər.
Hazırladı: İlqar RÜSTƏMOV,
"Xalq qəzeti”