Kralı şantaj edən iki jurnalist tutuldu

Kralı şantaj edən iki jurnalist tutuldu

Fransada Mərakeş kralı VI Məhəmməd haqqında kitab yazan iki jurnalist həbs edilib.

Vətəninfo.az-ın məlumatına görə, Modern.az xarici KİV-ə istinadən bildirir ki, onlar şantaj yolu ilə padşahdan 3 milyon avro almağa cəhddə ittiham edilirlər.

Təqsirkar bilinən 68 yaşlı Erik Loran və Katrin Qrasye VI Məhəmmədə onu ləkələyici faktların olduğu kitabı çap etməmək müqabilində bu qədər pul istəyiblər.

Avqustun 11-də Loran kralın vəkili ilə görüşərək tələbini çatdırıb. Mərakeş hakimiyyətinin reaksiyası nəticəsində Fransa polisinə müraciət edilib. Bu ölkənin hüquq-mühafizə orqanları ehtimal olunan şantajçıları izləməyə başlayıblar. Onlar Loran və Qaresin tələb olunan pulun

VI Məhəmməd kral kürsüsündə 1999-cu ildən oturur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az