Kreditdə olan maşınların satılmasına qadağa - Mərkəzi Bankdan şok qərar

Kreditdə olan maşınların satılmasına qadağa - Mərkəzi Bankdan şok qərar
Mərkəzi Bank kreditdə olan maşınların başqasına satılmasına ciddi əngəl yaradan qərar verib 

Politika.Az iqtisadçı Samir İsmayıla istinadən xəbər verir ki, qərara əsasən, kreditdə olan maşını o şərtlə satmaq olar ki, yeni alıcı qalan kredit məbləğinin 80 faizini ödəsin: 

"Bu zaman ortaya haqlı sual çıxır: Maşının sahibinə çatan pulu tam, qalan kreditin də 80 faizni ödəyə bilən şəxsin bankda nə işi var? Kreditlərin rəsmləşdirilməsinə çəkilən xərcləri və toplanan sənədləri nəzərə alsaq, bu qərar çox absurddur".

Samir İsmayılın sözlərinə görə, bu gün qaytarılmayan və ya gecikdirilən kreditlər bankların 1 nömrəli problemidir:

"Buna baxmayaraq, qəbul olunan yeni qaydalar və şərtlər problemin həll olunmasına deyil, kəskinləşməsinə xidmət edir"
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az