300-ə yaxın peşə qapalı hesab olunur.
Vətəninfo.az Ölkə.Az-a istinadla xəbər verir ki, ekspertlər səviyyəsində Yunanıstan və kreditorlar arasında 500 avrodan yüksək gəliri olanlara qarşı tətbiq olunan xüsusi vergi müzakirə olunur.
Bu barədə məlumat Yunanıstanın Maliyyə nazirliyi tərəfindən yayılıb. Mənbə qeyd edib ki, kreditorlar 8%-lik həmrəylik vergisini ləğv etməyə çağırırlar. Onların fikrincə, bu, vergi ödənilməsindən yayınma hallarına gətirib çıxara bilər.
"Yunan tərəfi bunu əhali arasında maliyyə yükünün bölüşdürülməsinə aid olan siyasi qərar hesab edir", - deyə mənbə vurğulayıb.
Onun sözlərinə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin lisenziya alması prosesini asanlaşdırmaq üçün idarələrarası komissiyanın yaradılması öyrənilir. Yunanıstanda bahalı lisenziyası olan 300-ə yaxın peşə qapalı hesab olunur.
Xatırladaq ki, Yunanıstan hökuməti yunanlara xaricə 2 min avrodan artıq nağd pul çıxarmağa icazə vermirlər. Müvafiq qanunvericilik aktı hökumət qəzetində dərc edilib və artıq qüvvəyə minib.
Bir müddət öncə yunan bankları üç həftəlik "tətillər”dən sonra açılıb. İndiyə qədər nağd pul vəsaiti çıxarılmasına dair məhdudiyyətlər qüvvədə saxlanılıb və yunanlara həftə ərzində 420 avrodan çox pul çıxarmağa icazə verilmir.