“Kreml siyahısı” ən çox Vahid Ələkbərova ziyan vurdu
ABŞ Maliyyə Nazirliyinin "Kreml siyahısı”nı dərc etməsində sonra sayılı günlər ərzində rusiyalı milyarderlərin aktivlərinə ümumilikdə 1,06 milyard dollar ziyan dəyib.
Oxu.Az xəbər verir ki, RBK telekanalının ekspertləri dəymiş ziyanı hesablayaraq, belə bir nəticəyə gəlib.
Onlayn- sayğaca əsasən, "Kreml siyahısı” ən çox "Lukoyl”un rəhbərinə ziyan vurub.
Zərərin 226 milyon dollar təşkil etdiyi bildirilir.
Aktivlərə dəymiş ziyan baxımından ilk üçlüyü "Novolipetsk metallurgiya” kombinatının sahibi Vladimir Lisin (205 milyon dollar zərər) və Süleyman Kərimov (102 milyon dollar) tamamlayır.
Miq.az