Aprelin 28-də “Trend” Xəbərlər Şirkətinin mətbuat mərkəzində Milli Kulinariya Assosasiyasının prezidenti Tahir Əmiraslanovun rəhbərliyi ilə qurumun Bosniya-Hersoqovinanın Sarayevo şəhərində və Çernoqoriyanın Budva şəhərində keçirilən beynəlxalq kulinariya çempionatındakı iştirakının nəticələrinə dair mətbuat konfransı keçirilib.
Vətəninfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, T.Əmiraslanov komandamızın bu yarışlardan 2 qızıl, 1 gümüş 3 bürünc medal, 6 fəxri diplom qazandığını bildirib.
Vurğulanıb ki, komandamızın bu yarışlardakı qələbəsinə “Azərsun Holdinq” Şirkətlər Qrupunun istehsalı olan “Super sun” və “Zeytun” yağlarının müsbət təsiri olub.
Konfrans çərçivəsində gənc kulinarlarımızın iştirakı ilə Bosniyanın milli yeməyi sayılan “Bəy şorbası” (Boşnaq) hazırlanıb. Bosniyalıların Ginnesin rekordlar kitabına düşmək üçün hazırladıqları 14 min nəfərlik şorbanın ərsəyə gəlməsində 100 aşpaz iştirak edib. Şorba üçün 1 ton toyuq əti, 300 kq digər məhsullar istifadə edilib. Şorba 1 metr dərinliyi 5 metr diametri olan qazanda hazırlanıb.
Məlumat verilib ki, komandamız 8 ölkənin iştirak etdiyi Budva şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatında da uğurlu çıxış edib. Azərbaycan bu yarışmada münsiflər heyətində təmsil olunub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?