Bu yaxınlarda həbs edilən, Moskvada 20 qadının zorlanmasında şübhəli bilinən Azərbaycan sakini Natiq Cəbrayılov cinayəti törətmədən öncə müşahidə kameralarına düşüb.
Oxu.az REN TV-yə istinadən xəbər verir ki, kadrlarda cavan adamın öz qurbanlarından birini evə qədər ötürməsi görünür. Onlar evin girəcəyinə yaxınlaşırlar və heç nədən şübhələnməyən xanım qapının şifrəsini yığır, bundan sonra binanın giriş qapısı açılır və cinayətkar qadınla bərabər içəri girir. Bir neçə dəqiqə sonra o, cinayət törədəcək.
Daha öncə polis ən azı 20 zorlamada şübhəli bilinən kişinin saxlanıldığını bildirmişdi. Bu cinayətlər son bir neçə il ərzində baş vermişdi. Seksual manyakın Qalyanovada sənəd yoxlanışı zamanı saxlanıldığı məlum olub. Asayiş keşikçilərində Tacikistan vətəndaşının saxta pasporta oxşayan sənədi şübhə yaradıb.
Daha sonra Natiq Cəbrayılov saxlanılıb, sentyabrın 5-də isə Moskvanın Preobrajensk məhkəməsi onun noyabrın 1-nə qədər həbs edildiyini bildirib.
Vətəninfo.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?