Kyokuşinkay karate-do üzrə ilk Beynəlxalq Turnir keçirildi!

Kyokuşinkay karate-do üzrə ilk Beynəlxalq Turnir keçirildi!

Şağan Olimpiya İdman Kompleksində Kyokuşinkay karate-do üzrə

uşaqlar, yeniyetmələr və gənclər arasında I açıq Beynəlxalq Turnir başa

çatdı. Turnirdə Rusiya, Qazaxıstan, Türkmənistan, Tacikistan, Gürcüstan və

Azərbaycanın yığma komandalarının 196 idmançısı mübarizə aparırdı. Turnir

Azərbaycanda fəaliyyət göstərən Kyokuşinkay karate təşkilatlarının

idmançıları və 20 seçilmiş hakimi tərəfindən idarə olunurdu. Yarış

Beynəlxalq Kyokuşin-kan Karate Təşkilatının Kumite qaydalarına əsasən

keçirilirdi. Turnirə səhər saat 10:00-da 2 tatamidə döyüşlərlə start

verildi. Günorta saatlarınadək davam edən döyüşlər saat 14:30-da fasiləyə

dayandı. Saat 15:00-da bütün yarışın hakimləri və idmançıları zala daxil

olaraq parada düzləndilər. Dövlət himni səsləndi.

İlk olaraq turnirin baş hakimi Qələndər Aslanov turniri açıq elan elan

etdi. O, öz çıxışında bütün idmançılara uğurlar arzuladı, gələn komandalara

təşəkkürünü bildirdi və tunirin keçirilməsində dəstək olan bütün insanlara

öz minnətdarlığını bildirdi. Sonra çıxış üçün söz Qazaxıstanın

Azərbaycandakı səfirliyinin nümayəndəsinə verildi. Səfirlik nümayəndəsi,

təşkilatçılara Qazaxıstan idmançılarını turnirə dəvət etdiklərinə görə

minnətdarlığını bildirdi və öz ölkəsinin idmançılarına qələbələr arzuladı.

Sonra söz digər ölkələrin nümayəndələrinə verildi. Qonaqlar öz çıxışlarında

yarışın yüksək səviyyədə təşkil ounmasına görə turnirin təşkilatçısı və baş

hakimi Beynəlxalq dərəcəli hakim Qələndər Aslanova öz təşəkkürlərini

bildirdilər və qeyd etdilər ki, gələcəkdə Azərbaycanda ənənəvi olaraq belə

turnirlər keçirilərsə daha geniş səviyyədə, daha çox ölkələrin qatılacağına

inandıqlarını bildirdilər. Sonra Bakı Uşu İdman Klubunun və Kapoeyra

Federasiyasının idmançıları gözəl nümunəvi çıxışlarla yarışın açılış

mərasiminə rəngarənglik qatdılar. Növbəti çıxış Oyama karate

təşkilatının xüsusi

turnir üçün hazırlanmış nömrələri ilə davam etdi. Əziz Əşrəfov və Hamlet

Əlili ayaqlarının və əllərininın müxtəlif hissələri ilə çay daşlarını,

beysbol taxtalarını qırmaqla tamaşaçı alqışları ilə çıxışlar etdilər. Daha

sonra gənc müğənnilər öz vətənpərvər ifaları ilə idmançılarımıza mənəvi

dəstək oldular.

Açılış mərasimi bitdikdən sonra 2 tatamidə final döyüşləri başladı.

18:00-da final döyüşləri başa çatdı. Saat 19:00-da bütün turnirin qalibləri

medal, diplom, kubok və hədiyyələrlə mükafatlandırıldılar.

Ümumi yekunun nəticəsində komanda hesabına görə Azərbaycan idmançıları 18

qızıl medalla I yerin kubokunu əldə etdilər, Rusiya idmançıları 7 qızıl

medalla II yerin kubokunu, Qazaxıstan idmançıları isə 3 qızıl medalla

komanda üzrə III yerin kubokunu qazandılar.

Ən yüksək texnikaya görə xüsusi kubokun sahibi Rusiya idmançısı Axkubek

Axkubekov, qələbə qazandığı döyüşlərini ən qısa aparan idmançı Nurlan

İbrahimov 2-ci kubokun sahibi, 3-cü kubokun sahibi isə döyüş ruhunun yüksək

olduğunu nümayiş etdirən Tamerlan Məmmədov oldu.

Turnirin qalibləri ilə ətraflı aşağıda tanış olun!

*Beynəlxalq Turnirin qalibləri!*

*

*

*8 - 9 yaş,  23 kq;*

I yer     - Bağırov Anar (AZE-İFK)

II yer   - Həsənli Hətəm (AZE-Kyokuşin-do)

III yer  - Fətəliyev Əli (AZE-İFK)

III yer  - Eljurkayev Malik (Rusiya)

* *

* *

*8 - 9 yaş,  26 kq;*

I yer     - Zaikov Tahir (Kazaxıstan)

II yer   - İbrahimov Fuad (AZE-Tezuko)

III yer  - Qasiyev Elvin (AZE-Oyama karate)

III yer  - Bağırov Rəvan (AZE-Kyokuşin-do)

*8 - 9 yaş,  30 kq;*

I yer     - Həsənzadə Nazim (AZE-İFK)

II yer    - Tore Ahan (Qazaxıstan)

III yer   - Kərimov Nihat (AZE-Tezuko)

III yer   - Əliyev Vüsal (AZE-Tezuko)

*8 - 9 yaş,  +30 kq;*

I yer      - Kalabayev Bereket (Qazaxıstan)

II yer     - Mustafayev Mircəbrail (AZE-Kan)

III yer   - Rəhimov Rəşid (AZE-Kyokuşin-do)

III yer   - Malikov Sadraddin (Tacikistan)

*10 - 11 yaş,  25 kq;*

I yer     - İlyasov Elnur (AZE-İKO Matsuşima)

II yer   - Ağayev Cavid (AZE-Union)

III yer  - Ağakişiyev Elgün (AZE-Kyokuşin-do)

III yer  - Aslanov Musa (AZE-Kyokuşin-do)

*10 - 11 yaş,  30 kq;*

I yer    - Xəlilov Seymur (AZE-İKO Matsuşima)

II yer   - Səmədzadə İlyas (AZE-Kyokuşin-do)

III yer  - Abbasov Səbuhi (AZE-Kan)

III yer  - Donerov Orzudjon (Tacikistan)

*10 - 11 yaş,  35 kq;*

I yer     - Mamedov Telman (Rusiya)

II yer    - Əliyev Murad (AZE-İKO Matsuşima)

III yer   - Səfərov Eltun (AZE-İFK)

III yer   - Abdullazadeh Abdulla (AZE-Kyokuşin-do)

*10 - 11 yaş,  40 kq;*

I yer      - Həsənli Nicat (AZE-İKO Matsuşima)

II yer     - Korpov Daniel (Rusiya)

III yer    - Namazov Seyfəddin (AZE- İKO Matsuşima)

III yer    -Mirzəyev Yusif (AZE-Kan)

*10 - 11 yaş,  +40 kq;*

I yer       - Rzazadə Vahid (AZE-İFK)

II yer      - Əliyev Əli (AZE-Kan)

III yer    - Əlili Şövqi (AZE-Oyama karate)

III yer    - Museyibov Sənan (AZE-Kan)

*12 - 13 yaş,  30 kq;*

I yer        - Mehdizadə Məhi (AZE-İFK)

II yer       - Mehdizadə Həsən (AZE-İFK)

III yer      - Əliyev Samrad (AZE-Kan)

III yer      - Soltanmuradov Vəfalı (AZE-Tezuko)

*12 - 13 yaş,  35 kq;*

I yer        - Qurbanlı Maşallah (AZE-İFK)

II yer       - Həsənov Kənan (AZE-Union)

III yer     - Şirinli Balaxan (AZE-Kyokuşin-do)

III yer     - Cahid Rafiqoğlu (AZE-İFK)

*12 - 13 yaş,  40 kq;*

I yer       - İsgəndərov Sabir (AZE-Kan)

II eyr     - Əfəndiyev Ramil (AZE-İKO Matsuşima)

III yer   - Basatov Şahyusif (AZE-Şinkyokuşin)

III yer   - Nurov Mixibulla (Tacikistan)

*12 - 13 yaş,  45 kq;*

I yer     - Maqamedov Zayvuddin (Rusiya)

II yer    - Antonov Evqeniy (Rusiya)

III yer   - Alasgarov Seyfuddin (Rusiya)

III yer   - Məəhərrəmov Məhərrəm (AZE-Kyokuşin-do)

*12 - 13 yaş,  50 kq;*

I yer       - Xəlilov Samir (AZE-İKO Matsuşima)

II yer      - Şahbazov İbrahim (AZE-Kyokuşin-do)

III yer     - Bulatov Baysanqur (Rusiya)

III yer     - Yusifov Əliməhəmməd (AZE-Union)

* *

*12 - 13 yaş,  +50 kq;*

I yer        - Maqamedov Xazbulla (Rusiya)

II yer       - Məmmədov Fərid (AZE-Kyokuşin-do)

III yer     - Məmmədov Mahir (AZE-İKO Matsuşima)

III yer     - İsazadə Novruz (AZE-Tezuko)

*14 - 15 yaş,  45 kq;*

I yer        - Pirəliyev İbrahim (AZE-Kan)

II yer       - Bayramov Ruslan (AZE-Kyokuşin-do)

III yer      - Əliyev Mahmud (AZE-Kan)

III yer     - Əliyev Pərvin (AZE-İKO Matsuşima)

*14 - 15 yaş,  50 kq;*

I yer       - Saparov Aziz (Türkmənistan)

II yer     - Əliyev Rüstəm (AZE-Kyokuşin-do)

III yer    - Şirinov Mücahid (AZE-Kyokuşin-do)

III yer    - Muxayev Aleksandr (Rusiya)

*14 - 15 yaş,  55 kq;*

I yer      - Əliyev Asim (AZE-İFK)

II yer     - Əsədov Orxan (AZE-İFK)

III yer    - Sadiqov Eldar (AZE-Union)

III yer    - Zamanov Röyal (AZE-Kan)

*14 - 15 yaş,  60 kq;*

I yer      - Nuriyev Xəyal (AZE-Kyokuşin-do)

II yer     - Həsənov Fəxri (AZE-Kan)

III yer    - İsmayılov Rəşad (AZE-Tezuko)

III yer    - Hacızadə Səbuhi (AZE-İKO Matsuşima)

*14 - 15 yaş,  +60 kq;*

I yer      - İbrahimzadə Orxan (AZE-Kan)

II yer     - Məmmədov Tural (AZE-İKO Matsuşima)

III yer    - Babayev Rüfət (AZE-Oyama karate)

III yer    - Şabandiyev Əşrəf (AZE-Kyokuşin-do)

*16 - 17 yaş,  55 kq;*

I yer        - İbrahimov Nurlan (AZE-Kan)

II yer      - Qasımov İsa (AZE-Tezuko)

III yer    - İslamzadə Elşad (AZE-İFK)

III yer    - Rzayev Abidin (AZE-Tezuko)

* *

*16 - 17 yaş,  60 kq;*

I yer     - Mamedov Emin (Rusiya)

II yer   - Hümbətov Nəsimi (AZE-Oyama karate)

III yer  - Əlibəyov Cahangir (AZE-Kan)

III yer   - Nəbiyev İlham (AZE-İKO Matsuşima)

*16 - 17 yaş,  65 kq;*

I yer     - Axkubekov Axkubek (Rusiya)

II yer   - İmanov Vasif (AZE-İFK)

III yer  - Merqenov Rəsul (Türkmənistan)

III yer  - Cəlilov Sənan (AZE-İKO Matsuşima)

*16 - 17 yaş,  70 kq;*

I yer     - Culdasov Nurlan (Qazaxıstan)

II yer    - Məmmədov Tamerlan (AZE-Kan)

III yer   - Qarayev Rövşən (Türkmənistan)

III yer   - Yakupov Vepa (Türkmənistan)

*16 - 17 yaş,  +70 kq;*

I yer     - İmaqazıyev Taymazan (Rusiya)

II yer    - Əhmədov Tərlan (AZE-İKO Matsuşima)

III yer   - Sədullayev Ruslan (Rusiya)

III yer   - Ağalarov Əli (AZE-İKO Matsuşima)

*11 - 13 yaşlı qızlar,  mütləq çəki;*

I yer     - Mustafayeva Xəyalə (AZE-İKO Matsuşima)

II yer    - Məmmədova Nərgiz (AZE-İKO Matsuşima)

III yer   - Məmmədova Leyla (AZE-Oyama karate)

III yer   - Malayeva Fatima (Rusiya)

*14 - 16 yaşlı qızlar,  mütləq çəki;*

I yer     - Zeynallı Solmaz (AZE-Kan)

II yer   - Hüseynova Kifayət (AZE-İKO Matsuşima)

III yer  - Mustafayeva Alcənnət (Rusiya)

III yer  - Abdullayeva Gülruh (AZE-Kan)

*+18 yaşlı qızlar,  mütləq çəki;*

I yer    - Məhərrəmova Könül (AZE-Kan)

II yer  - Mehtiyeva Sevinc (AZE-Kan)

III yer - Əliyeva Günay (AZE-İKO Matsuşima)

III yer - Əhmədova Arzu (AZE-İKO Matsuşima)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az