Laçın dəhlizindən son görüntülər – Video
BBC-in Cənubi Qafqaz üzrə müxbiri Rayhan Demitri Qarabağda atəşkəs pozulandan sonra Laçında olub.
Miq.az Axar.az-a istinadən xəbər verir ki, Laçın dəhlizindən videoreportaj hazırlayan müxbir strateji yolları göstərib.
"Mən bir strateji yolu sizə göstərmək istəyirəm. Onun uzunluğu 10 km-dən azdır. Bu, Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeganə yoldur. Beynəlxalq aləmdə bu ərazilər Azərbaycanın tərkib hissəsi kimi tanınır. Azərbaycan Dağlıq Qarabağa bitişik işğal edilmiş 7 rayon haqda danışarkən onlar Laçını da nəzərdə tutur”, - o qeyd edib.