Lavrov: “ABŞ Bəşər Əsəddən üzr istəyib”

Lavrov: “ABŞ Bəşər Əsəddən üzr istəyib”

Rusiyanın xariciişlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi ilə danışıqların gedişində ABŞ Suriya prezidenti Bəşər Əsəddən koalisiya hərbi-hava qüvvələrinin Deyr-əz-Zor şəhəri yaxınlığında suriyalı hərbçilərə endirdiyi zərbələrə görə üzr istəyib.

"Bəli, üzr istəyiblər”, - "İnterfaks” xəbər verir ki, Lavrov bunu "Rossiya 1” telekanalına müsahibəsində deyib.

O dəqiqləşdirib ki, Amerika tərəfi Deyr-əz-Zora endirilmiş zərbənin yanlış olduğunu etiraf edib və Rusiyanın vasitəçiliyi ilə Dəməşqə uzrxahlıq edib.

Bundan öncə ABŞ dövlət katibi Con Kerri demişdi ki. Suriya məsələsi üzrə Rusiya XİN başçısı Sergey Lavrovla danışıqlarda "kiçik tərəqqi”yə nail olunub.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az