Lavrovla Çavuşoğlu müzakirə apardılar-Telefonla
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu telefonla müzakirə aparıblar.
Xarici siyasət idarəsinin rəhbərləri Suriya böhranını və atəşkəsin imzalanması perspektivini müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada "İslam dövləti” (İŞİD) terror təşkilatına və PKK-nın Suriya qanadı YPG-yə qarşı "Fərat qalxanı" adı verilən hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar hələ də davam edir.
Miq.az