Leriki sel basdı-Torpaq sürüşmələri var

Leriki sel basdı-Torpaq sürüşmələri var

Bu gün axşam saatlarından başlayan leysan xarakterli yağış Lerik rayonunun bur sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun  verdiyi məlumata görə, sel suları əsasən rayonun Vizəzəmən, Şingədulan ərazi vahidliyinə daxil olan kəndlərin sakinlərinə ciddi ziyan vurub. Belə ki, ayrı-ayrı vətəndaşlara məxsus xeyli sayda qoyun-quzunu, ev quşlarını sel aparıb, Təbrizli kəndindəki körpü yarasız vəziyyətə düşüb.

Leysan həmçinin rayonun bir neçə hissəsində torpaq sürüşmələrinə səbəb olub.

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür, həmçinin dəymiş ziyan hesablanır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az