"Leyla Medical Center"dən AÇIQLAMA

 
11 iyun 2021-ci ildə bəzi saytlarda dərc olunan yazı ilə bağlı bildirmək istəyirik ki, ölkəmizdə "COVID-19” infeksiyası əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq  peyvəndlənmə prosesi davam edir.

Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilib. Xidməti daha əlçatan etmək məqsədilə digər özəl klinikalarla yanaşı,  Leyla Medical Center də özəl klinika olaraq vaksinasiya proqmanına qoşulub. 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş randevu.its.gov.az saytına daxil olaraq, "COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada randevu götürür.

Bildirmək istəyirik ki, Randevu sistemi TƏBİB tərəfindən tənzimlənir. Biz ancaq  peyvəndlənmə prosesini həyata keçiririk.
Nəzərə alsaq ki, yeni gətirilən "Pfizer" Avropanın qəbul elədiyi vaksindir. Ona görə vətəndaşlarımız da hamısı bu vaksin üçün müraciət edir. Vaksinin saxlanılması, daşınması və vurulması  xüsusi qaydaları əsasında aparıldığı üçün, buna da müəyyən vaxt sərf olunur. Həmçinin, Leyla Medical Centerdə digər xidmətlərdə yanaşı və peyvənd olunan vətəndaşlarımızın da peyvənd öncəsi həkim müayinəsi aparılır.  Bütün bunlar müəyyən vaxt ərzində icra olunur. 
Bir daha bildirmək istəyirik ki, randevu sistemi Leyla Medical Center tərəfindən tənzimlənmir. Ona görə də vətəndaşlardan da xahiş edirik ki, bunu anlayışla qarşılasınlar. Biz Leyla Medical  Center olaraq vətəndaşlarımıza  daim xidmət göstərməklə böyük zövq alırıq. Vətəndaşlarımızın rahatlığı və məmnuniyyəti hər zaman bizim üçün vacib məsələdir. Öhdəmizə götürdüyümüz bütün tapşırıqlara çox məsuliyyətlə yanaşırıq. Bu bizim peşə borcumuzdur.  

Kütləvi İnformasiya vasitələrinin əməkdaşlarından xahiş edirik ki,  mərkəzimizin hüquqlarına hörmətlə yanaşaraq həqiqəti əks etdirməyən, Mərkəzimizin işgüzar fəaliyyətinə xələl gətirən xəbərləri bizimlə dəqiqləşdirmədən yaymasınlar.

Leyla Medical Center Mətbuat Xidmətinin məlumatı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az