"Ölkəmdə hər gün ocaqlar sönür"

Türkiyə yığmasının və İspaniya "Barselona"sının futbolçusu Arda Turan ölkəsində son günlər terror aktları nəticəsində dünyasını dəyişənlərlə bağlı başsağlığı mesajı yayımlanıb. 
Vətəninfo.az-ın "Report"a istinadən məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Dağlıca və İğdırda şəhid olanlara Allahdan rəhmət diləyib.

A.Turan "Twitter" hesabında yazıb: "Bu ölkənin torpaqları dünyanın ən gözəl torpaqlarıdır. Türkiyə müharibə yox, rahat yaşamaq üçündür. Başa düşürsünüz niyə heç nə paylaşmıram? "İspanca, ingiliscə yaz" deyirlər. Necə yazım, necə izah edim? Deyimmi ki, ölkəmdə hər gün ocaqlar sönür, analar ağlayır?"

Qeyd edək ki, son günlər PKK terrorçularının hücumları nəticəsində türkiyəli hərbçi və polis əməkdaşları şəhid olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az