Ölkəmizə Rusiyadan bu malların gətirilməsi QADAĞAN EDİLDİ

Ölkəmizə Rusiyadan bu malların gətirilməsi QADAĞAN EDİLDİ

Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorubmaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Agentlikdən  verilən məlumatda bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Rusiya Federasiyasının Krasnodar diyarının ərazisində "Nyukasl” xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən etməsi ilə əlaqədar olaraq, Krasnodardan diri quş və quşçuluq məhsullarının, Xabarovskdan isə heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Həmçinin o da qeyd edilib ki, nəzarət tədbirlərinin gücləndirilməsi üçün agentlik tərəfindən sözügedən ərazidən birbaşa və ya tranzit olaraq keçməklə respublikaya gələn nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az