Lotu Qulinin Bakı səfəri: “Qanuni oğru” niyə gəlirmiş?
"Lotu Quli” ləqəbli azərbaycanlı "qanuni oğru” Nadir Səlifov qısa müddətlik Bakıya qayıtmaq istəsə də, səfər baş tutmayıb.
Cebhe.info-nun əldə etdiyi məlumata görə, həbsdən çıxdıqdan sonra Türkiyəyə gedən "qanuni oğru”nun sənədləşmə işi ilə əlaqədar Azərbaycana qayıtmaq istəyib.
Bundan əvvəl isə "Lotu Quli” Gürcüstana getmək barədə qərar versə də, sonradan fikrindən daşınıb. Gürcüstanda "oğru” statusunda olan şəxslərin ölkəyə girməsi ilə eyni zamanda həbs edilmə təhlükəsi olduğu üçün Nadir Səlifov bu variantdan imtina edib. Bakıya gəlişi ilə bağlı məsələ isə razılaşdırılmayıb. Beləliklə, "Lotu Quli” hələlik hər iki səfəri təxirə salıb.
Qeyd edək ki, Bakıda həbsdə olarkən N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb. Həbsdən azad edildikdən sonra isə Türkiyəyə gedib.
Miq.az