"Ölümümü yüngül qarşıla..." — Kəramətin atasıyla SONUNCU TELEFON DANIŞIĞI


Ötən gün polis tərəfindən saxlanılan gənc yazar Kəramət Böyükçölün (Nəcəfov) atası, şair Qəşəm Nəcəfzadə sosial şəbəkədə oğlu barədə yazıb.

Miq.Az xəbər verir ki, oğluyla axırıncı telefon danışığı barədə yazan Q.Nəcəfzadə bunları qeyd edib:

"Nə deyim... Oğlum, sənin üçün hər şey etdim. Amma qoruya bilmədim. Axırıncı zəngində mənə dedin ki, ata, ölümümü yüngül qarşıla. Buna hansı ata dözər? Sonra həbs olundun. Sağlamlığın və təhlükəsizliyin üçün bəlkə də, bunda da bir  xeyir var. Türmə də vətəndir, oğlum, vətəni sev. Yolun açıq olsun!". 

Qeyd edək ki, K.Böyükçöl ötən gün  kirayədə yaşadığı binanın sakinləri və evin sahibinin ərazi üzrə polis bölməsinə müraciətindən sonra saxlanılıb.(ölkə.az)
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az