Makron homoseksual gənci baş nazir gətirir

Makron homoseksual gənci baş nazir gətirir

Fransanın təhsil naziri Qabriel Atal ölkənin baş naziri postunda Elizabet Bornun varisidir.

Axar.az xəbər verir ki, bu barədə "Frans Press” agentliyi Yelisey sarayındakı mənbəyə istinadla məlumat yayıb.

"Bu varis seçimi ilə Fransa Prezidenti Emmanuel Makron başlanğıcında bir sıra qeyri-populyar islahatlarla yadda qalan ikinci prezidentlik beşilliyinə yeni nəfəs verməyə çalışır. 34 yaşlı evli homoseksual Atal Fransa tarixinin ən gənc baş naziri olacaq. Beləliklə, Atal 1987-ci ildə Baş nazir olan Loran Fabiusu da keçəcək”, - agentlik bildirib.

Qeyd edək ki, Fransa Baş naziri Elizabet Born ötən gün istefa verib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az