Malayziya təyyarəsinin yoxa çıxması bununla bağlıdır - İDDİA

Malayziya təyyarəsinin yoxa çıxması bununla bağlıdır - İDDİA
2014-cü ildə Hind okeanı üzərində "Malaysia Airlines”ə məxsus təyyarənin yoxa çıxması pilotun intiharı ilə bağlı ola bilər.

Miq.Az "The Australian”a istinadən xəbər verir ki, bu barədə həmin vaxt Avstraliyanın baş naziri olmuş Toni Abott bildirib.

"Malayziya hökumətinin yüksək rütbəli rəsmiləri arasında elə əvvəldən pilotun intiharı fikrinin qəbul olunduğunu çox aydın dərk edirdim. Kimin kimə nə dediyi barədə danışmaq istəmirəm, amma hadisənin məhz bundan ibarət olduğunu gözəl başa düşdüklərinə əmin idim”, - T.Abott deyib.

Xatırladaq ki, 2014-cü ilin 8 martına keçən gecə Kuala Lumpur hava limanından 227 sərnişin və 12 nəfərlik heyətlə qalxaraq Pekinə istiqamət alan "Boeing 777-200” tipli sərnişin təyyarəsi üstündən 2 saat keçmiş radar monitorlarından itib.

2015-ci ilin yanvar ayında Malayziya hökuməti təyyarənin qəzaya uğradığını, hava gəmisində olanların həlak olduqlarını açıqlayıb. İndiyədək həmin təyyarədən hər hansı iz və ya qalıq tapılmayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az