Yeni Zelandiyada marixuana satışı üçün avtomat quraşdırılıb. Belə bir təşəbbüslə National Organisation for Reform of Marijuana Laws (NORML) təşkilatının nümayəndələri çıxış ediblər. Marixuana satışı üzrə avtomat NORML-ın nəzarətində olan klubda yerləşdirilib. Aparatda marixuananı 1 qramlıq kiçik qablara yerləşdiriblər. Onların hər biri 20 Yeni Zelandiya dollarına satılır. NORML-ın nümayəndəsinin sözlərinə görə, qurgu böyük maraga səbəb olub. “The Daily Telegraph”-ın məlumatına görə, marixuanadan istifadə Yeni Zelandiyada qanunla qadagandır və narkotikdən istifadə edənlərə qarşı böyük cərimə və həbs tətbiq olunur. Marixuananın avtomat vasitəsilə satışı onun alveri kimi dəyərləndirilə bilməz. Çünki proses narkotik alverçisinin iştirakı olmadan həyata keçirilir. Buna baxmayaraq mütəmadi polis reydləri çərçivəsində qanun keşikçiləri aparatın qoyuldugu kluba baş çəkirlər.
Xatırladaq ki, Yeni Zelandiya dünyada marixuana istifadəçilərinin sayına görə öndə gedən ölkələrdən biridir. Ölkənin orta yaşlı əhalisinin 13 faizi bu narkotik vasitədən mütəmadi istifadə edir (“Veteninfo.az”).
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?