Marsda inanılmaz kəşf – Həyat izi tapıldı

Marsda inanılmaz kəşf – Həyat izi tapıldı

Canlı orqanizmlərdə də rast gəlinən karbon və hidrogendən ibarət üzvi molekullar Marsda əvvəllər həyatın ola biləcəyinə işarə edir.

Miq.Az xəbər verir ki, bu barədə "Science News” saytı məlumat yayıb.

NASA-nın (ABŞ-ın Milli Kosmos İdarəsi) "Perseverance” zondu tərəfindən tapılan üzvi molekullar Marsda həyatın təməl daşı kimi görülərkən, planetdə daha mürəkkəb geokimyəvi dövrün mövcud ola biləcəyi proqnozlaşdırılır.

Molekulun əmələ gəlməsi prosesi ilə bağlı müxtəlif fərziyyələr olsa da, tədqiqatçılar üzvi molekulların hansı növ olduğunu hələ müəyyən etməyiblər.

Karbonun kəşfi Marsda həyatın olması ehtimalını artırarkən, bunun qeyri-bioloji proseslərlə əmələ gəlməsinin mümkünlüyü də nəzərdən keçirilir.

Marsdakı Qale kraterində əvvəllər də üzvi molekullar aşkar edilmişdi.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az