Hapkido Federasiyası tərəfindən Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Dünya Kuboku təşkil olunub. Masallı rayonunda təşkil olunmuş dünya kubokunda on iki ölkə iştirak edib. Ölkələr içərisində Azərbaycan I yer komanda kubokuna sahib olub. Birincilik kuboku Azərbaycan komandalarından “Cənub” İdman Klubuna verilib. Qeyd edək ki, “Cənub” İdman Klubunun doqquz idmançısı qızıl medal qazanıb. Dünya kubokunun təşkilatçısı Hapkido Federasiyasının vitse-prezidenti Şəmsi Kərimov çıxış edərək ölkəmizdə belə bir yarışın keçirilməsinin əhəmiyyətindən danışıb. “Cənub” İdman Klubunun direktoru, baş məşqçi Samir Həsənov əldə olunan uğurlardan danışaraq bildirib. “Mən həmişə üçrəngli bayrağımızı başqa ölkələrdə dalğalandırmağa hazıram və sevinirəm ki, özümlə bərabər doqquz tələbəm də çempion olub. Əlavə on bir tələbəm gümüş, üç tələbəm bürünc medal qazanıb”. – deyə Samir Həsənov bildirib.
Tədbirin qonaqları İkram Dəmirov, Adil Qaflanov, Əli Babayev, Sahib Paşayev idmançılaramıza dəstək olaraq öz tövsiyyələrini veriblər.
Qeyd edək ki, “Cənub” İdman Klubunun kapitanı Alxas Xancanov, klubun məşqçiləri Rauf Həsənov, klubun baş hakimi İntiqam Həsənovdur.
Birinci yeri (qızıl medal) qazanmış idmançılar
1.Samir Həsənov – 60 kq (kişilər)
2. Vüqar Baxşəliyev – 24 kq (yeniyetmə)
3. Sənan İsgəndərli – 48 kq (gənclər)
4. İsmayılov Rasim – 80 kq (gənclər)
5. Kərimov Şəmistan – 40 kq (uşaqlar)
6. Baxşıyev Ayaz – 75 kq (kişilər)
7. Əliyev İsfahan – 56 kq ( kişilər)
8. Ələkbərova Bahar – 80 kq (qız)
9. Şamxalov Aydın – 33 kq (yeniyetmə)
İkinci yeri (gümüş medal) qazanmış idmançılar
1.İbrahimov Elgün – 54 kq (kişilər)
2. İmanov Əli – 60 kq (gənclər)
3. Həsrətov Əmrah - 56 kq (gənclər)
4. Tekeşov Şamo – 75 kq (kişilər)
5. İbrahimov Əli – 64 kq (gənclər)
6. Xancanov Eldar – 24 kq (yeniyetmə)
7. Cəmilbəyli Xəyal – 79 kq (kişilər)
8. Məmmədli Sübhan – 64 kq (gənclər)
9. Ədəlov Anar – 91 kq (kişilər)
10. Əbilov Şamil – 56 kq (kişilər)
11. Qaflanov Nicat – 40 kq (yeniyetmə)
Üçüncü yeri (bürünc medal) qazanmış idmançılar
1.Nadirov Ramiz – 91 kq (gənclər)
2. Abbasov Əliağa – 81 kq (gənclər)
3. İbrahimov Elgün – 56 kq (kişilər)
4. Allahyarov Rəşad – 75 kq (kişilər)
5. Səfərov Anar – 51 kq (kişilər)