“Maşın”da ALOVLU QALMAQAL: “Sən...” - VİDEO

“Maşın”da ALOVLU QALMAQAL: “Sən...” - VİDEO
"Maşın” realiti şousunun dördüncü günün anonsu yayımlanıb.

Publika.az xəbər verir ki, yayımlanan görüntülərdə şouda daha bir qalmaqalın baş verdiyi üzə çıxıb.
Belə ki, jurnalist Ülviyyə Alovlu ilə müğənni Günel Ələkbərova canlı efirdən sonra mübahisə edib.
Günel Ülviyyəyə dediyi bu sözlər isə qalmaqalın daha da alovlanmasına səbəb olub: "Mən şəkillərimi atdıracam, səni çıxartdıracam. Sənin özünə dəstək verən lazımdır. Sən kimə dəstək verirsən?”
Ülviyyə Alovlu isə Günelə cavabında "Bildik də, sən əlasan, zorsan, bombasan” sözlərini deyib.
Qeyd edək ki, yaranan mübahisənin səbəbi "Maşın”ın bu axşam yayımlanacaq bölümündə ortaya çıxacaq.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az