Maşını qarət olunan jurnalist Ramil Usubova MÜRACİƏT ETDİ

Maşını qarət olunan jurnalist Ramil Usubova MÜRACİƏT ETDİ

Abşeron rayonu Saray qəsəbəsində yaşayan jurnalist Ağaşirin Məmmədli media vasitəsilə daxişi işlər naziri Ramil Usubova müraciət edib. O, nazirə müraciət etməsinin səbəbi kimi şəxsi minik avtomobilini qarət edənlərin tapılmamasını göstərib.

A.Məmmədli bildirib ki, bu il yanvarın 2-də axşam saat 20.00 radələrində Sumqayıtdakı "Fanfun” əyləncə mərkəzinin yaxınlığında saxladığı "Hyundai” markalı avtomobili naməlum şəxslərin hədəfinə tuş gəlib.

Jurnalist bildirib ki, onun maşınının pəncərəsini sındıran şəxslər həyat yoldaşına məxsus çantanı oğurlayıblar. Oğurlanmış çantada isə A.Məmmədlinin həyat yoldaşının təxminən 8200 manat dəyərində qızıl-zinət əşyaları olub.

Hadisənin araşdırılmasının Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə həvalə olunduğunu xatırladan Ağaşirin Məmmədli daxili işlər nazirindən kömək istəyib.

"Cənab nazir, 1 aya yaxın müddət ötməsinə baxmayaraq, oğruların və oğurlanmış əşyaların tapılması istiqamətində irəliləyiş yoxdur. 
Sizdən qanunun aliliyinin təmin olunması üçün məsələni diqqətə almağı və aidiyyatı qurumlara müvafiq göstəriş verməyinizi xahiş edirəm”,- deyə A.Məmmədli Ramil Usubova ünvanladığı müraciətdə vurğulayıb.

Xatırladaq ki, keçən ilin yayında A.Məmmədlinin evi də qarət edilmişdi və Abşeron rayon Polis İdarəsinin araşdırdığı həmin hadisənin də üstü hələ ki açılmayıb.

A.Məmmədli əvvəllər "Avrasiya”, "Bu gün” və bir sıra qəzetlərdə çalışıb. Hazırda "Ekspert” qəzetinin əməkdaşıdır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az