Məcburi köçkünlərin yemək xərci üçün aylıq müavinət alacaqları və almayacaqları hallar müəyyənləşib
Azərbaycanda məcburi köçkün statusu olan şəxslərə hansı hallarda yemək
xərci üçün aylıq müavinət verilib-verilməyəcəyi müəyyənləşib.Yemək xərci üçün aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış
yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan "məcburi
köçkün” statusuna malik olan şəxslərə, hər iki valideyni "məcburi
köçkün” statusuna malik olan uşaqlara, "məcburi köçkün” statusuna malik
olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin
valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində
olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə
uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların
qəyyumları və ya himayəçiləri çıxış edirlər) və məcburi köçkünlüyü
yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi
köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları
olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan
çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri
üzrə qeydiyyata düşmüş şəxslərə veriləcək.Yemək xərci üçün aylıq müavinət məcburi köçkün olduqdan sonra mənzil
qanunvericiliyinə və ya mülki‑hüquqi əqdlərə əsasən ayrıca yaşayış
sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvü olan şəxslərə
(şəhid ailələri istisna olunmaqla), məcburi köçkün olduqdan sonra
ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə
qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə
yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə
üzvlərinə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkünlüyü yaradan
hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş
(nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi
işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə
qeydiyyatdan çıxmayan şəxslərə və onların uşaqlarına, məcburi köçkün
olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla
və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan
əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə verilmir və ya
dayandırılır. Bu sıraya Azərbaycan Respublikasının Prezidenti,
Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən vəzifəyə təyin olunan və
Milli Məclisə
deputat seçilmiş məcburi köçkünlər, hüquq-mühafizə orqanlarında xidmət
(qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı
əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər, hərbi
xidmətdə olan məcburi köçkünlər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü
əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə
müəssisələrində cəza çəkən məcburi köçkünlər, "məcburi köçkün” statusu
olmayıb, "məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya
nikaha daxil olmadan) şəxslər, "məcburi köçkün” statusuna malik olub
təqvim ilində üst-üstə 182 gündən artıq başqa ölkədə olan məcburi
köçkünlər, valideynlərindən biri "məcburi köçkün” statusuna malik
olmayan uşaqlar, səfərbərlikdən yayınmış, fərarilik etmiş "məcburi
köçkün” statuslu şəxslər, Azərbaycan Respublikasının vətəndaşlığına
xitam verilən "məcburi köçkün” statusu olan şəxslər daxildir.Təlimata əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)
şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin
mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha
çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil
evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi
təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On
dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında
olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq
olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış
yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik
yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər
istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq
olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya
himayəçilərin razılığı ilə müəyyən edilir. Əraziləri işğal olunmuş
rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan
məcburi köçkünlərin hər il yanvarın birinə ümumi, artma və azalmadan
asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını hazırlayıb təsdiq
edir,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edir. Komitə məcburi köçkünlərin siyahılarını aldıqdan sonra müavinətin məbləğini müəyyənləşdirir və
Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir.
Maliyyə Nazirliyi yemək xərci üçün aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd
üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada müvafiq
icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin
edir. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin
nümayəndəsi müvəkkil bankın müvafiq filiallarına notariat qaydasında
təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsini təqdim edir. Ödəniş
kartları hazır olduqdan sonra müvəkkil bankın nümayəndəsi və Komitənin
etibarnamə (əsasında fəaliyyət göstərən səlahiyyətli nümayəndəsi 2
tərəfli təhvil-təslim aktını tərtib edir və imzalayırlar. Bundan sonra
kartlar və fərdi identifikasiya nömrəsi (FİN) zərflərdə Komitə
tərəfindən etibarnamə verilmiş səlahiyyətli nümayəndəyə təhvil verilir.
Ödəniş kartları və FİN-kod əraziləri işğal olunmuş rayonların icra
hakimiyyəti orqanları tərəfindən məcburi köçkünlərə çatdırılır.
Əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən
verilmiş siyahı əsasında müvəkkil bank hərəkət qabiliyyətinə malik
olmayan məcburi köçkünlərə müavinəti POS-terminal vasitəsi ilə yaşadığı
ünvanda verə bilər (rabitə və enerji mənbəyi olduğu halda). Məcburi
köçkün ödəniş kartını itirdikdə və ya onun FİN kodunu unutduqda o, bu
barədə qeydiyyatda olduğu icra hakimiyyəti orqanına müraciət edir.
Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri isə müvəkkil
bankın filialına tapşırıq verir. Ödəniş kartını itirmiş və ya FİN
kodunu unutmuş şəxsin vəsaiti hesabına bankın filialı tərəfindən yeni
ödəniş kartı hazırlanaraq Komitənin səlahiyyətli nümayəndəsinə təhvil
verilir. Məcburi köçkünün ödəniş kartı bankomat tərəfindən
bloklaşdırıldıqda kart sahibinin müraciətinə əsasən bu ödəniş kartı
müvəkkil bank tərəfindən müvafiq qaydada araşdırıldıqdan sonra vətəndaşa
verilir. Məcburi köçkün vəfat etdikdə və ya bu Təlimata uyğun olaraq
yemək xərci müavinəti dayandırıldıqda müvəkkil bank Komitənin və ya
əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının yazılı
bildirişinə əsasən həmin şəxslərə məxsus olan kartları bloklaşdırır.Eyni zamanda "məcburi köçkün” statusuna malik olub təqvim ilində
üst-üstə 182 gündən artıq olmadan başqa ölkəyə getmiş məcburi köçkünlərə
geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə
qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə
əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir) yemək xərci
üçün aylıq müavinət verilmir.
Fərarilik etmiş, il ərzində 182
gündən artıq xaricdə olmuş və deputat seçilmiş məcburi köçkünlərə
müavinət verilməsi dayandırılacaq
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bununla bağlı "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən
verilən aylıq müavinətin paylanılmasına dair Təlimatı” yeni redaksiyada
təsdiq edib.
Yeni Təlimatın qəbul edilməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
2010-cu il 10 dekabr tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş
"Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq
müavinətin paylanılmasına dair Təlimat” ləğv edilib.
APA