Mədəniyyət Nazirliyi Qarabağ Regional Mədəniyyət İdarəsində nələr baş verir?

Mədəniyyət Nazirliyi Qarabağ Regional Mədəniyyət İdarəsində nələr baş verir?

Mədəniyyət Nazirliyi Qarabağ Regional Mədəniyyət İdarəsində sözün əsl mənasında fırtınadan öncəki səssizlik hökm sürür desək yanılmarıq. Bir neçə gün əvvəl ölkənin nüfuzlu xəbər saytlarından biri bu barədə məlumat yaymışdı. Məlumatda regional idarənin tabeliyində çalışan işçilərin iyul və avqust aylarına olan maaşlarının gecikdirilməsi, məzuniyyətdə olan işçilərin geri çağırılması və məzuniyyət pullarının hesablanmaması özünü əks etdirir. 

Bütün bu çətinliklər isə regional idarənin rəisi Qalib Həsənov tərəfindən yaradıldığı gələn məlumatlar sırasındadır. Mədəniyyət nazirliyindən isə məsələnin araşdırılacağı bildirilmişdi. Lakin yerli mədəniyyət işçiləri məsələnin hələ də qaydasına düşməməsini bildirir. Belə ki, Ağcabədi və Ağdam rayonu üzrə mədəniyyət işçilərinin əməkhaqqı köçürülsə də digər yeddi rayon hələ də əməkhaqqı yolu gözləyir. Araşdırma zamanı mənbələrdən əldə etdiyimiz məlumata görə, idarə rəisi Qalib Həsənov məsələ ilə bağlı nazirliyə maaşların tam köçürüldüyünü bildirib. Halbuki, bu, özlüyündə heç bir həqiqəti əks etdirmir. 

Özünün təbirincə desək, "adamı", pulu olan və heç kimdən qorxmayan Q.Həsənov yaratdığı vəziyyət işçilər arasında narazılığın yaranmasına səbəb olur. Həmçinin idarənin tabeliyində çalışan bütün işçilərin əməkhaqqı kartlarının ləğv edilməsi və yenisilə əvəzlənməsi qərarı "bölgədə nə baş verir", sualını labritə salır. Axı istifadə müddəti bitməyən kartlar niyə və hansı səbəbdən bloklanaraq dəyişdirilə bilər?

Miq.Az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az